Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev buraxılış imtahanlarında yüksək nəticə göstərmiş ucqar kənd məktəb şagirdi ilə görüşüb

07 may 2024 | 18:55
Göygöl rayonundan 30 km məsafədə yerləşən Toğanalı kənd tam orta məktəbin XI sinif şagirdi Türkan Abbasova buraxılış imtahanında Azərbaycan dili fənnindən 100% nəticə göstərib. Bununla yanaşı o, tarix fənnindən Respublika fənn olimpiadalarının final mərhələsində iştirak edərək III yerin qalibi olub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Toğanalı kənd tam orta məktəbin şagirdi Türkan Abbasova və müəllim kollektivi ilə məktəbdə görüş keçirmiş, kollektivi və fənn müəllimlərini bu yüksək nəticə ilə təbrik edərək, xoş arzularının çatdırmış və xatirə hədiyyələri təqdim etmişdir. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti şəxslər iştirak etmişlər.
Qazanılan bu uğura görə Türkan Abbasovanı, onun valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.
Keçidlər