Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 2021-2022–ci tədris ilinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşüb
06 sentyabr 2022 | 08:20
06 sentyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 2021-2022–ci tədris ilinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşüb. Görüşdə həmçinin Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və aidiyyəti nümayəndələr iştirak ediblər.
Görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tələbə adını qazanan məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Dövlət qayğısının nəticəsi olaraq, bu il rayon məzunları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında ötən illərlə müqayisədə yüksək nəticələr göstəriblər.
Daha sonra Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Tələbə adını qazanmış şəxslər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
2021/2022–ci tədris ilində Göygöl rayonu üzrə ali məktəblərə yüksək balla qəbul olmuş tələbələr aşağıdakılardır:
1. Cəfərov Əli Mübariz oğlu - 634 bal, Şəhər 3 nömrəli tam orta məktəbin məzunu;
2. Qurbanov Nüsrət Məmməd oğlu - 621 bal, Texniki Təbiət Fənlər Təmayüllü Liseyin məzunu;
3. Məmmədova Şəbnəm Hafiz qızı - 620 bal, Şəhər 4 nömrəli tam orta məktəbin məzunu;
4. Məmmədov Sübhan Müşfiq oğlu - 620 bal, Hacıməlik ŞTQ 2 nömrəli tam orta məktəbin məzunu;
5. Quliyeva Samirə Anar qızı - 618,4 bal, Sarısu kənd tam orta məktəbin məzunu
6. Məmmədov Pərvin Elçin oğlu - 616,10 bal, Balçılı kənd 1 nömrəli tam orta məktəbin məzunu;
7. Əlizadə Ayxan Urfan oğlu - 611 bal, Şəhər 3 nömrəli tam orta məktəbin məzunu;
8. Məmmədova Aynurə Müşfiq qızı - 611 bal, Hacıməlik ŞTQ 2 nömrəli tam orta məktəbin məzunu;
9. Əlizadə Aytac Eşqin qızı - 603,8 bal, Göyçəkənd kənd tam orta məktəbin məzunu;
10. İsmayılov Eltun Hikmət oğlu - 602 bal, Şəhər 1 nömrəli tam orta məktəbin məzunu.