Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 14 mart 2023-cü il tarixdə Yeni Qızılca kəndində vətəndaşların səyyar qəbulunu keçirib
15 mart 2023 | 10:34
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Şəmkir-Gəncə su xəttindən kəndə içməli suyun verilməsi, kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsi, Gəncə-Daşkəsən magistral yolunda körpü qovşağının işıqlandırılması, kənddaxili yolun təmir olunması və əlavə zibil qutularının qoyulması ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.