Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Nazim oğlu Paşayev kollektivə təqdim olunub

26 iyul 2022 | 15:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ona göstərilən etimada görə minnətdarlığını bildirərək, əməli işi ilə etimadı doğruldacağını qeyd edib.

Keçidlər