Göygöl Rayon İcra Hakimiyyətinin başçı Elvin Paşayev idarə müdirini təbrik edib
09 aprel 2024 | 20:25
Göygöl rayon Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyevin anadan olmasının 65 ili tamam olur. Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətinin başçı Elvin Paşayev icra hakimiyyətində Vaqif Mirzəyevi qəbul edib, ona xoş arzularını çatdıraraq, uzun müddət rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərdiyinə görə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edib.
Xatırladırıq ki, Vaqif Mirzəyev Bakı Rabitə Texnikomunu, sonra isə Azərbaycan Texniki Universitetinin Avtomatik elektro-texnika fakültəsini bitirərək elektrik-rabitə mühəndisi ixtisasına yiyələnib. 1975-ci ildən bu günədək fasiləsiz olaraq rabitə sahəsində çalışır, 49 il iş stajı var. Əvvəllər Rabitə Qovşağında elektro-mexanik, ATS mühəndisi, sahə rəisi, 1992-ci ildən bu günədək isə Göygöl rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışır. Rabitə sahəsində aparılan uğurlara görə Azərbaycan Respublikası Rabitə Nazirliyinin müvafiq əmri ilə “Rabitə ustası” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür, Göygöl rayon Telekommunikasiya Qovşağının İlk Partiya Təşkilatının sədridir.