Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

02 sentyabr 2022 | 18:30
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev növbəti dəfə rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
     Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon  icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq  aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib.
Keçidlər