Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edilib, müraciətləri dinlənilib

12 avqust 2022 | 20:59
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən  vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənilib.
      Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
      Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, evinin təmir olunması, suvarma və içməli suyun çatışmazlığı, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
      Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Keçidlər