Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması qaydaları geniş təhlil olunub

18 noyabr 2022 | 19:49

18 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazovun sədrliyi ilə keçirilən iclasda vətəndaş müraciətlərindəki əsas problemlər və bu problemlərə baxılması qaydaları  geniş təhlil olunub. İclasda İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.  İclasda qırış sözü ilə çıxış edən Ariz Eyvazov qeyd edib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Rayon İcra Hakimiyyətində vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə obyektiv və operativ baxılmasına xüsusi diqqət yetirilir, müraciətlər qanunamüvafiq qaydada araşdırılır və həlli mümkün olan müraciət öz həllini tapır. Müraciətlər əsasən torpaq məsələləri, mənzil, şəhərsalma və tikinti, sosial müdafiə, ailə və məişət, elektrik, su, qaz təchizatı məsələləri, bələdiyyələrin və icra nümayəndələrinin fəaliyyətini və digər sahələri əhatə edir.

İclasda vətəndaşların müraciətlərinə baxılması qaydaları geniş təhlil olunub.

Keçidlər