Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

04 noyabr 2024 | 17:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən hər bir məsələ ilə yaxından tanış olunub, qaldırılan müraciət və təkliflərin hər biri yerində dinlənilib.
Qəbul zamanı şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hər birinin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yaşadığı evin təmir olunmasına köməklik göstərilməsi eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, qaldırılan məsələlərin həlli üçün müəyyən tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Keçidlər