Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində məktəb rəhbərləri ilə görüş keçirilib

04 mart 2024 | 10:45

Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu üzrə Təhsil sektorunun tabeliyində olan təhsil işçiləri, məktəb rəhbərləri, dərs hissə müdirləri, təşkilatçı müavinlər və psixoloqlarla görüş keçirib. Görüşdə təhsildə şəffaf idarəetmə, məktəb-valideyn münasibətlərinin gücləndirilməsi, psixoloqların “Dəstək qrupları”nın yaradılması, buraxılış imtahanlarına (4, 9 və 11 siniflərin) hazırlığın vəziyyəti və digər məsələlərlə bağlı geniş müzakirələr aparılıb, çıxışlar və təkliflər dinlənilib. Yekunda İcra Başçısı tərəfindən mövzu ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Keçidlər