Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon İcra Hakimiyyətində Məhərrəmlik ayı ərzində dini mərasimlərinin təşkili ilə bağlı iclas keçirilib

04 avqust 2022 | 19:52

      Göygöl rayon İcra Hakimiyyətində keçirilən iclasda Məhərrəmlik, Aşura və digər dini mərasimlərin keçirilməsi ilə əlaqədar RİH yaradılmış Qərargah üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi Dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, dindarlar və ziyalılar iştirak ediblər.  

      İclasda işçilər arasında iş bölgüsü aparılıb, həmçinin Tədbirlər Planına uyğun olaraq keçirilən mərasimlər zamanı, xüsusilə ilə “Aşura” günü rayonda fəaliyyət göstərən məscid və  ziyarətgahlara, eyni zamanda Gəncə “İmamzadə”  dini kompleksinə ziyarətçilərin daşınmasının təşkil olunması, mərasim keçiriləcək məkanlarda təmizlik və profilaktik dezinfeksiya işlərinin aparılması, qanvermə aksiyasının təşkili və digər zəruri məsələlərlə bağlı müzakirələr aparılıb.

Keçidlər