Göygöl Rayon İcra Hakimiyyətində "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçirilib
04 mart 2023 | 14:44
Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan İnsan Resursları Assosasiyası (AİRA) və Azərbaycan Respublikası Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, eləcə də rayon gənclərinin öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzulardan ibarət təlim keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə peşəkar təlimçi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənovun təqdimatında dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə mövzularından bəhs olunub. Təlimin sonunda iştirakçılar komandalara bölünərək təlimin sual-cavab hissəsində öz bilik və təcrübələrini bölüşüblər.