Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib

11 mart 2023 | 17:30
Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzulardan ibarət təlim keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera planlaması və inkişafı kafedrasının müəllimi Asəf Zeynalovun təqdimatında Analitik və yaradıcı düşüncə mövzusundan bəhs olunub.
Keçidlər