Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib

05 avqust 2023 | 16:31
Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə növbəti təlim keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin və İcra nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Gənc Psixoloqlar İctimai Birliyinin təlimçisi Aytən Ağayevanın təqdimatında “Vətəndaş məmnuniyyətində empatik ünsiyyət” mövzusundan bəhs olunub. İnteraktiv təlim metodları, beyin fırtınası və keyslər əsasında keçirilən təlimdə iştirakçılara vətəndaş məmnuniyyətində empatik ünsiyyətin əhəmiyyəti və ünsiyyət prosesində empatiyanın faydaları barədə dolğun məlumat verilib.
Keçidlər