Göygöl Rayon İcra Hakimiyyətində ISO 9001:2015 standartı üzrə təlim keçirilib
23 may 2023 | 16:03
Göygöl Rayon İcra Hakimiyyətində Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemi - Tələblər” mövzusunda təlim keçirilib. Təlimdə İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, onun tətbiq sahəsi, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçılara təlimdə iştirak etdikləri üçün İSO 9001:2015 standartının sertifikatları verilib.