Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətində İSO 9001 və İSO 37001 beynəlxalq standartları üzrə audit keçirilib

10 iyun 2023 | 16:39
Göygöl Rayon İcra Hakimiyyətində İNCERT şirkəti tərəfindən ISO 9001 və ISO 37001 beynəlxalq standartları üzrə sertifikatlaşdırma auditi keçirilib. Audit zamanı İcra Hakimiyyətinin fəaliyyətinin beynəlxalq İSO 9001 Keyfiyyəti idarəetmə sistemi, İSO 37001 Antikorrupsiya idarəetmə sistemi, həmçinin İSO 18091 Keyfiyyət idarəetmə sistemləri - ISO 9001-in yerli idarəetmə orqanlarında tətbiqi üzrə rəhbərlik standartlarının tələblərinə uyğunluğu, daxili qayda və prosedurlar, onların tətbiqi, sənədlərin idarə olunması ilə bağlı vəziyyət yoxlanılıb. Audit yoxlaması İcra Hakimiyyətinin fəaliyyəti yuxarıda qeyd olunan standartların tələblərinə tam cavab verdiyini təsdiqləyib.
Qeyd edək ki, İSO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) ən populyar standartı olaraq keyfiyyətli idarəetmə sisteminə tələbləri müəyyən edir. İS0 9001 standartı müəssisə və təşkilatlar tərəfindən normativ hüquqi tələblərə, vətəndaş tələblərinə uyğunluğu təmin etmək, idarəetmə sisteminin effektivliyini artırmaq və vətəndaş məmnunluğuna nail olmaq üçün tətbiq edilir.
İSO 37001 isə antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standart kimi idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat, prosedur dəstəyini təmin edir.
Keçidlər