Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi təsərrüfatda görüş keçirib

23 dekabr 2024 | 11:56
Göygöl rayonu, Üçtəpə kəndində fəaliyyət göstərən göbələk istehsalı sexində keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl rayon Statistika İdarəsinin rəis müavini Əli Bayramov və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Arzu Qocayev görüşdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərindən irəli gələn tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və qeyri-formal məşğulluğun ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə zidd olduğunu, vergi, sosial-sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla dövlət büdcəsinə böyük itkilər yaratdığını, iqtisadiyyatda azad və bərabər rəqabət mühitini pozduğunu, işçilərin əmək hüquqlarının pozulmasına şərait yaratdığını bildirmiş və Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər, yeni yaradılmış iş yerləri barədə görüş iştirakçıları məlumatlandırmışdır.
Sahibkar Xudaverdili Natiq Oktay oğlu təsərrüfat haqqında məlumat verərək 2022-ci ildən “Veşenka” göbələk növünün istehsalına başladığını, müəssisədə hazırda 8 nəfər əməkdaş çalışdığını bildirmişdir. “Veşenka” göbələyinin yetişdirilməsində saman, kəpək və günəbaxan tumlarından istifadə olunur. Məhsul 25 günə yetişir, orta illik məhsul istehsalı 35 tondur. Göbələk yetişdikdən sonra qablaşdırılaraq respublikanın bütün bölgələrində satışı həyata keçirilir.
.Pərviz Əliyev komitə tərəfindən görülən işlərlə bağlı fikir bildirmiş və Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, hazırda mövcud olan problemlər, onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Sonda göbələk istehsal və texnoloji proseslə tanış olunmuş və görüş iştirakçılarına ətraflı məlumat verilmişdir.
Keçidlər