Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi müəssisədə görüş keçirib

19 iyun 2024 | 11:05
Göygöl rayonunda fəaliyyət göstərən “Şirin Aqro” QSC-də keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının, Göygöl KOB dostu, Göygöl Rayon Statistika İdarəsinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Görüşdə qeyri-rəsmi məşğulluğunun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu sahədə olan problemlərin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların məşğulluq problemlərin həllinə nail olunmasının vacibliyini vurğulanmış və Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər, yeni yaradılmış iş yerləri barədə görüş iştirakçıları məlumatlandırılmışdır.
Sahibkarlığın inkişafına kömək məqsədilə həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verilmiş, görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmişdir.
“Şirin Aqro” QSC-nin nümayəndəsi müəssisə haqqında məlumat verərək bildirmişdir ki, müəssisə 2017-ci ildən fəaliyyət göstərir və ümumilikdə respublikanın müxtəlif rayonlarında 600,0 hektara yaxın meyvə bağları vardır. Bundan 260,0 hektara yaxını Göygöl rayonunun ərazisində yerləşir. Göygöl rayonunda 153,34 ha şaftalı, 20,32 ha ərik, 28,86 ha gilas, 53,20 ha nektarin bağı vardır. Müəssisədə 100 nəfər daimi, 300 nəfər mövsümü işlə təmin olunub ki, bu da rayonumuzun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Daha sonra meyvə bağları və istehsal prosesi ilə əyani tanışlıq olmuşdur.
Keçidlər