Göygöl Rayon İcra Hakimiyyəti və AİRA-nın birgə təşkilatçılığı ilə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim “Vətəndaş məmnunluğunun təmin edilməsində ünsiyyətin rolu” mövzusunda baş tutub
03 yanvar 2024 | 13:47
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin və İcra nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Elnur Atayevin təqdimatında “Vətəndaş məmnunluğunun təmin olunmasında ünsiyyətin rolu” mövzusundan bəhs olunub. İnteraktiv təlim metodları, beyin fırtınası və keyslər əsasında keçirilən təlimdə iştirakçılara ünsiyyətin növləri və vətəndaş məmnuniyyətində ünsiyyətin əhəmiyyəti barədə dolğun məlumat verilib.