Göygöl Rayon İcra Hakimiyyəti və AİRA-nın birgə təşkilatçılığı ilə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim “Vətəndaş məmnuniyyətinin təmin edilməsində düzgün ünsiyyət texnikaları” mövzusunda baş tutub
05 yanvar 2024 | 18:55
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin və İcra nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsinin Təlim və inkişaf sektorunun müdiri, Ədliyyə Akademiyasının təlimçisi, Mediasiya Şurasının üzvü Fidan Fətəliyevanın təqdimatında “Vətəndaş məmnuniyyətinin təmin edilməsində düzgün ünsiyyət texnikaları” mövzusundan bəhs olunub. İnteraktiv təlim metodları, beyin fırtınası və keyslər əsasında keçirilən təlimdə iştirakçılara ünsiyyətin növləri və vətəndaş məmnuniyyətində ünsiyyətin əhəmiyyəti barədə dolğun məlumat verilib.