Şriftin ölçüsü :

Saytın rəngi :

"Göygöl Rayon İcra Hakimiyyəti Kadr Potensialının Gücləndirilməsi" layihəsinə start verilib

20 fevral 2023 | 18:24
Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan İnsan Resursları Assosiasiyası və Azərbaycan Respublikası Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, eləcə də rayon gənclərinin öz şəxsi inkişaflarının peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədi ilə Heydər Əliyev Mərkəzinin akt zalında Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarının və rayon gənclərinin potensialının inkişaf etdirilməsi mövzusunda təlimlərə start verilməsi ilə bağlı dövlət qulluqçuları və rayon gəncləri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə görüş açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev və Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin sədri Mahir Qarayev çıxış edərək təlimlərin mövzuları barədə ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.
Daha sonra Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasının təlim zalında Rayon İcra Hakimiyyəti əməkdaşlarının və Göygöl Gənclər Evi Sosial Xidmət Mərkəzinin akt zalında rayon gənclərinin iştirakı ilə təlimlər keçirilib. Təlimlər Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin sədri Mahir Qarayev və Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin üzvü Saleh Həsənov tərəfindən keçirilib.
Keçidlər