Göygöl Rayon İcra Hakimiyyəti İSO 9001 və İSO 18091 beynəlxalq standartlarını tətbiq edən və sertifikata layiq görülən ilk yerli icra hakimiyyəti orqanıdır
İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) 176 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb.
Hazırda dünyada ən çox tanınan və populyar olan IS0 9001 standartı müəssisə və təşkilatlar tərəfindən normativ hüquqi tələblərə və vətəndaş tələblərinə uyğunluğu təmin etmək və idarəetmə sisteminin effektivliyini artırmaq və vətəndaş məmnunluğuna nail olmaq üçün tətbiq edilir.
İdarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü, dəyişikliklərə çevik uyğunlaşma imkanı, qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən İSO 9001 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi, tətbiq edilməsi istiqamətində Göygöl Rayon İcra Hakimiyyəti fəaliyyətinin İSO 9001 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə işlər həyata keçirmişdir. Bu sahədə standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlər uğurla yerinə yetirilmişdir.
Ümumiyyətlə götürsək, İSO 9001 standartının tətbiqi zamanı İcra Hakimiyyətinin yerli idarəetmə orqanına xas olan xüsusiyyətlərini nəzərə alan İSO 18091- “Keyfiyyət idarəetmə sistemləri - İSO 9001-in yerli idarəetmə orqanlarında tətbiqi üçün təlimatlar“ standartından istifadə edilib ki, bunu da yeni bir yanaşma kimi qeyd etmək olar.
Göygöl Rayon İcra Hakimiyyəti ölkəmizdə İSO 9001 və İSO 18091 beynəlxalq standartları üzrə idarəetmə sitemini quran və sertifikata layiq görülən ilk yerli icra hakimiyyəti qurumudur.
Adı çəkilən standartların tətbiqi İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəkdir.