Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartını tətbiq edən və sertifikata layiq görülən ilk yerli icra hakimiyyəti orqanıdır

29 iyun 2023 | 11:24
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11. bəndində İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, təkliflərin toplanılması və qiymətləndirilməsi istiqamətində araşdırma aparılması və nəticədə (İSO 37001) “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıq verilmişdir.
Qeyd edilən tapşırığın icrası ilə bağlı, eləcə də idarəetmədə şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması və mənfi təsirləri ilə bağlı məlumatlılığın həyata keçirilməsi, işgüzar münasibətlərdə inamın və nüfuzun artırılması, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldılması və stabilliyin yaranması, qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi, tətbiq edilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyətində mərhələli şəkildə işlər həyata keçirilmişdir. Bu sahədə standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlər uğurla yerinə yetirilmişdir.
İSO 37001 – “İSO/TC 309” İSO texniki komitəsi tərəfindən hazırlanmışdır. Standart Beynəlxalq Ticarət Palatası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Şəffaflıq Təşkilatı və digər nüfuzlu təşkilatların mövcud təlimatlarına əsaslanaraq hazırlanmışdır. Standart, həmçinin ABŞ Ədliyyə Nazirliyi, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası və İngiltərə Ədliyyə Nazirliyi kimi qurumların verdiyi təlimatları da özündə ehtiva edir. Standart potensial riskləri azaltmaq məqsədi ilə müəssisə daxilində iş və əməkdaşlıq üzərində nəzarəti asanlaşdırmaq və gücləndirmək üçün mövcuddur.
Göygöl Rayon İcra Hakimiyyəti ölkəmizdə İSO 37001 beynəlxalq standartı üzrə idarəetmə sistemini quran və sertifikata layiq görülən ilk yerli icra hakimiyyəti qurumudur.
Adı çəkilən standartın tətbiqi İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəkdir.
Keçidlər