Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev Vətən müharibəsi qazisi İsmayılov Ram Rəhman oğlunu evində ziyarət etdi

27 oktyabr 2022 | 10:23
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Qarabağ əlillərinə qayğı ictimai birliyinin Göygöl rayon filialının sədri Araz Abbasov və başqaları qardaş Türkiyə Respublikasında uzun müddətli müalicədən qayıtmış Vətən müharibəsi qazisi İsmayılov Ram Rəhman oğlunu Zurnabad kəndindəki evində ziyarət etmişlər.
Xatırladaq ki, İsmayılov Ram Rəhman oğlu 09 noyabr 1996-cı il tarixdə Göygöl rayonunun Zurnabad kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2015-ci ilin yanvar ayından 2016-cüI ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Qazi İsmayılov Ram Rəhman 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 07 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə odlu silah yaralanması. T5, Th6, Th7, Th8 fəqərələrinin laminektomiyası, hər iki aşağı ətraf əzələlərin atrofiyası, onurğa beyninin döş şöbəsinin ağır dərəcəli əzilməsi yarası almışdır. Birinci qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Ram İsmayılov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.04.2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Ailəlidir, 1 övladı var.
Keçidlər