Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında Mülki müdafiə üzrə ilin yekun hesabat iclası keçirilib
13 dekabr 2022 | 17:26
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən Mülki müdafiə üzrə ilin yekun hesabat iclasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin şöbə rəisi mayor Fuad Muradov, şöbə rəisinin müavini mayor Bahayi Nəsirov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Mülki müdafiə işinin aparılmasına məsul şəxs Sərdar Balayev, rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, digər idarə, müəssisə və təşkilatların rəhbər-rəis heyəti iştirak edib.
İclasda 2022-ci il ərzində rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün sahələrdə işləyən işçilərin və rayonda yaşayan işləməyən əhalinin Mülki müdafiəyə haırlanması, onların ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, əhalinin kollektiv mühafizəsinin təmin edilməsi, Mülki müdafiə qüvvələrinin və mütəxəssislərin hazırlanması, onların maddi texniki bazasının yaradılması və inkişaf etdirilməsi və sair sahələrdə görülmüş işlər geniş təhlil edilmişdir. Həmşinin 2023-cü ildə Mülki müdafiə sahəsində qarşıda duran vəzifələr müzakirə olunmuşdur.