Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ərazisində yerləşən N saylı hərbi hissədə Bayram tədbiri təşkil olunub

19 mart 2024 | 15:03
Göygöl Rayon İcra Hakimiyyəti və Respublika Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə Göygöl rayon ərazisində yerləşən N saylı hərbi hissədə Novruz Bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Respublika Hərbi Prokurorluğunun idarə rəisi ədliyyə polkovniki Elmin Süleymanov, Gəncə hərbi qarnizonun prokuroru ədliyyə polkovniki Şöhrət Qəhrəmanov, N saylı hərbi hissənin ideoloji və mənəvi-psixoloji təminat şöbəsinin rəisi polkovnik-leytenant Elmar Zeynalov, hərbi hissə komandiri polkovnik-leytenant Saqi Babayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ordu quruculuğu sahəsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmışdır. Bunun nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda bir sutkadan az müddətdə keçirilən lokal antiterror tədbirləri ilə rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü tam bərpa etməyə müvəffəq olmuşdur.
Tədbirdə Respublika Hərbi Prokurorluğun idarə rəisi ədliyyə polkovnik Elmin Süleymanov, Gəncə hərbi qarnizonun prokuroru ədliyyə polkovniki Şöhrət Qəhrəmanov, N saylı hərbi hissənin ideoloji və mənəvi-psixoloji təminat şöbəsinin rəisi polkovnik-leytenant Elmar Zeynalov, N saylı hərbi hissə komandiri polkovnik-leytenant Saqi Babayev çıxış edərək təbrik və xoş arzularının çatdırıblar.
Rəsmi hissədən sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi bayram konserti təqdim olunub.
Keçidlər