Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ərazisində keçiriləcək Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq

12 iyun 2024 | 12:20
5-7 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında keçiriləcək Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq. Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar iyunun 28-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göygöl” qeyd olunmalıdır).
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir.
Keçidlər