Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon Ağsaqqallar Şurasının 2023-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat yığıncağı keçirilib

21 may 2024 | 16:17
Göygöl Rayon Gənclər Evində keçirilən yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayon Ağsaqqallar Şurasının və rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr və üzvləri, rayon ağsaqqalları iştirak ediblər.
Əvvəlcə Göygöl şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzərək, xatirəsi ehtiramla yad edilib.
Hesabat yığıncağını giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov çıxışında son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, rayonumuzda ağsaqqalların asudə vaxtının səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradıldığını qeyd etmiş və həyata keçirilən ictimai tədbirlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulamışlar.
Keçidlər