Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Peşə Məktəbində Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi ilə əlaqədar şənlik təşkil olunub

22 fevral 2023 | 19:08
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, KOBİA-nın nümayəndəsi Orxan Əhmədov, QƏQİB-in Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, məktəbin pedaqoji heyəti və tələbələr iştirak ediblər. Qonaqlar ilk olaraq məktəbin tələbələrinin hazırladıqları xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgiyə baxış keçiriliblər. Daha sonra tədbirin bədii hissəsinə start verilib. Su səhəngi meydana gətirilib.
Çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova əlamətdar gün münasibətilə rayon rəhbərinin adından məktəbin kollektivini təbrik edib. Onlara can sağlığı, ailə səadəti, barışıq və dostluq bayramı olan “Novruz”un Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.
Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin təsəbbüsü ilə dövlət səviyyəsində qeyd edilən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vətənimizin tərəqqisi və qüdrətlənməsi naminə Peşə məktəbinin bütün işlərində uğurlar arzulayıb.
Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb.
Sonda Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.
Keçidlər