Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Milli Parkının yaradılmasından 17 il keçir

01 aprel 2025 | 12:51
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Göygöl Milli Parkının yaradılması haqqında sərəncamı
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1. Göygöl dövlət qoruğunun və Azərbaycan Respublikasının Xanlar, Daşkəsən və Goranboy rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 12755 hektarlıq sahəsində Azərbaycan Respublikasının Göygöl Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 01 aprel 2008-ci il.
Keçidlər