Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Mərkəzi Kitabxana Sistemi işini günün tələbləri səviyyəsində qurur

10 aprel 2023 | 09:52

Göygöl rayon kitabxanası 1926-ci ildən fəaliyyət göstərir. Mərkəzləşmədən sonra rayon icraiyyə komitəsinin qərarı ilə rayonun Mərkəzi Kitabxanası Azərbaycanın xalq şairi S.Vurğunun adını daşıyır. Mərkəzi Kitabxana Sistemi Göygöl şəhəri Hümmel küçəsi 5 saylı ünvanda yerləşir. 2022-ci ilin sonuna MKS-in fondu 307753 nüsxə, kitab verilişi 359785 nüsxə, oxucusu 22353 nəfər, oxucuların kitabxanaya gəlişi 177449 nəfər olmuşdur. Hal-hazırda MKS özündə 41 kütləvi kitabxananı birləşdirir. Buraya 39 qəsəbə və kənd kitabxana filialı, 1 şəhər, 1 S.Vurğunun adına Mərkəzi kitabxana daxildir. Oxuculara Xidmət şöbəsi Mərkəzi kitabxananın nəzdində fəaliyyət göstərən 6 şöbədən biridir. Xidmət ərazısində əhalinin sayı 19856 nəfər təşkil edir. İl ərzində 3500-dən çox oxucuya xidmət göstərilir. Fond 58902 nüsxədən ibarətdir. Kitaxananın fondu mütəmadi olaraq yeni ədəbiyyatla təmin olunur. Kitabxanaçılar çalışırlar ki, oxucu sorğusuna tam və dolğun şəkildə cavab versinlər. Oxucu məmnuniyyətini təmin etmək üçün şöbə notebooklarla və Wİ-Fİ sistemi ilə təmin olunmuşdur. Kitabxanada tarixi - əlamətdar günlər, yubileylər münasibətilə mütəmadi olaraq tədbirlər keçirilir. Tez-tez “açıq kitabxana” xidməti və “səyyar” xidmət təşkil olunur. “Heydər Əliyev ili” ilə əlaqədar Oxuculara Xidmət şöbəsində “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və milli – mənəvi dəyərlərimiz” adlı tədbirlər keçirilmişdir.

Keçidlər