Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun dəstəyi ilə “Sağlam Gənclik” günərzi düşərgəsinə start verildi

19 iyul 2023 | 19:42
Düşərgənin ilk günü açılış tədbiri ilə keçdi. Tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. İlk öncə Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə açılış nitqi ilə çıxış etdi. Sonra Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov və Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov düşərgə iştirakçılarına uğurlar arzu etdi və tövsiyyələr verdilər. Daha sonra Göygöl rayon polis şöbəsinin inspektoru Elçin Məmmədov və Göygöl rayon Mərkəzi Xəstəxanasının psixoloqu Arzu Məmmədova cıxış edərək Narkomaniyanın fəsadları, narkomaniyaya qarşı görülən mübarizə tədbirləri və narkomaniyanın yaratdığı psixoloji problemlər haqqında
geniş danışdılar
Qeyd edək ki, bu düşərgə 3 gün ərzində davam edəcəkdir. Fərqli istiqamətlərdə keçiriləcək düşərgənin təşkil olunmasında əsas məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, əylənmək və öyrənməkdir. Düşərgə çərçivəsində zərərli vərdişlərin fəsadları seminarı, debat təlimləri, düşərgə və skaut bacarıqları, rayonun tarixi yerlərinə ekskursiya, piknik və əyləncəli oyunlar keçiriləcək.
Keçidlər