Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl bələdiyyəsində “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın müvafiq bəndinin icrası ilə bağlı dəyirmi masa keçirilib

17 oktyabr 2022 | 16:54

Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.4.2 bəndinin icrası ilə bağlı 17 oktyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Kəmalə İbrahimova, Göygöl Bələdiyyəsinin sədri Mikayıl Hacıyev, qəsəbə və kənd bələdiyyə sədrləri və aidiyyəti üzrə təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Kəmalə İbrahimova rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrdə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Komissiya”ların yaradılmasının vacibliyini yüksək qiymətləndirərək,  məişət zorakılığına məruz qalmış şəxslərin dövlət qurumlarına müraciətlərinin əlçatanlılığının təmin olunması məqsədilə tədbirlər görülməsini tövsiyə edib. Həmçinin ucqar kəndlərdə risk qrupuna aid olan münaqişəli və çətin vəziyyətdə olan ailələr barəsində məlumatın tez bir zamanda əldə olunması üçün “WhatsApp” qrupun yaradılmasının məqsədəmüvafiq hesab edildiyini vurğulyıb.

Dəyirmi masa diskussiya formatında keçirilib, qrup üzvlərinin rəy və təklifləri dinlənilib.

 

Keçidlər