Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

08 dekabr 2022 | 15:26
Məişət Zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının 12.2.1-ci bəndinin icrası ilə bağlı Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ombudsman Qərb Regionunun rəhbəri Səbuhi Abbasov, İcra Hakimiyyətinin aidiyyəti nümayəndələri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva və digər şəxslər iştirak ediblər.
Tədbirdə Ombudsman Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov zorakılıq nədir, məişət zorakılığının növləri və Azərbaycan Respublikasının qanunvericiliyində zorakılıga qarşı qəbul edilmiş qanunlar haqqında ətraflı məlumat verərək, zorakılığın ən çox ailədə olan azyaşlıya psixoloji təsir göstərdiyini xüsusi vurğulayıb.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Ceyhun Hümbətov mühafizə orderini barədə məişət zorakılığına məruz qalmış və Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşların mühafizə orderi ilə təmin olunanlar barədə tədbir iştirakçılarına məlumat verib. Tədbir diskussiya formatında keçirilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış, məişət zorakılığını özündə əks etdirən video çarx təqdim olunub.
Keçidlər