Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Fərid Qayıbov Göygöl rayonunda vətəndaş qəbulu keçirib

06 iyul 2024 | 19:15
Qəbuldan öncə Göygöl şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra nazir Fərid Qayıbov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl Gənclər Evinin ərazisində müxtəlif idman növləri üzrə gənc idmançıların nümunəvi çıxışlarını izləyib, onlarla söhbət ediblər. Ardınca “İrəvan” İdman Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Burada həmçinin gənclər musiqi və rəsm bacarıqlarını nümayiş etdiriblər.
Göygöl Gənclər Evində keçirilən qəbulda Göygöl və Daşkəsən rayon vətəndaşlarını dinləyən nazir Fərid Qayıbov müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Keçidlər