Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında multikulturalizm və tolerantlıq ənənələrinin təbliğ olunması” mövzusunda maarifləndirici tədbir keçirilib

09 sentyabr 2023 | 11:56
Göygöl Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və Göygöl Gənclər Evi SXM -nin birgə təşkilatçılığı ilə “Gənclər arasında multikulturalizm və tolerantlıq ənənələrinin təbliğ olunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Gənclər Evi SXM -nin direktoru Şəhriyar İsmayılzadə və rayon gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olduğunu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanındığını bildiriblər. Onlar Azərbaycanda tolerantlığın və multikulturalizmin dərin tarixi və mədəni köklərindən bəhs edərək, multikulturalizm və tolerantlığın milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini vurğulayıblar. Ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrilməsindən danışan natiqlər, bu gün Prezident cənab İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Respublikamızın nəinki regionun, hətta dünyanın ən tolerant və multikultural ölkələrindən biri olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər