Gəncə şəhərində keçirilən Zəfər Forumunda Göygöl rayon nümayəndələri də iştirak ediblər
19 oktyabr 2022 | 09:53
Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Göygöl, Kəlbəcər, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, müharibə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Gəncə Dövlət Filarmoniyasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, adları qeyd olunan şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak edib.
Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Forum Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Tədbirdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıblar. Göygöl rayonundan olan Vətən müharibəsi iştirakçısı Qaya İsmayılov çıxış edərək müharibə təəssüratları və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq nümunələri barədə Forum iştirakçılarına məlumat verib.
Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, bəzi səhnələr nümayiş etdirilib.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.