Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən Göygöl rayonunda maarifləndirmə tədbir keçirilib
Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin təşəbbüsü və Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Miqrasiya proseslərinin tənzimlənməsi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri” mövzusunda aidiyyəti nümayəndələrin iştirakı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzin tədbir keçirilib.
Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsi rəisi Orxan Xıdırov, Gəncə Regional Miqrasiya İdarəsi inspektoru Azad Namazov, Gəncə Regional Miqrasiya İdarəsinin bölmə rəisi, Vüsal Xəlilov iştirak ediblər. Keçirilən maarifləndirmə tədbirində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydaları və əmək miqrasiyası ilə bağlı prosedurlar izah edilib. Qanunsuz əmək miqrasiyasının qarşısının alınmasının yerli əmək ehtiyatlarından səmərəli istifadə, həmçinin məcburi əmək qurbanlarının müəyyən edilməsi üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qanunsuz və ya sənədsiz yaşayan şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsi üçün onların leqallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda sual cavablar bölməsində görüş iştirakçılarını maraqlandıran məsələlərə dair suallara aydınlıq gətirilib.