Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissəsi məişət tullantılarından təmizlənib
17 aprel 2023 | 18:31
Gəncə çayının Göygöl rayonu Topalhəsənli kəndi ərazisindən keçən hissəsində yığılmış məişət tullantıları rayonun Zurnabad nümayəndəliyi ərazisində fəaliyyət göstərən iaşə obyektləri tərəfindən atılır. Topalhəsənli kənd İcra Nümayəndəliyi və bələdiyyənin təşkilatçılığı ilə çayın sahili məişət tullantılarından təmizlənmişdir. Bununla bağlı 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi və aidiyyəti üzrə Zurnabad kənd icra nümayəndəliyi məlumatlandırılmış və obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılmışdır.
Hörmətli vətəndaşlar! Təmizliyə riayət etmək və təbiətimizi qorumaq hər birimizin borcudur.