Fövqəladə hadisələr zamanı ilk tibbi yardım göstərilməsi barədə təlim keçirilib
17 fevral 2023 | 17:23
17 fevral 2023-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasının təlim zalında Aparat işçilərinin iştirakı ilə “Təbii fəlakətlər zamanı işçilərin davranışı və ilk tibbi yardım göstərilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlim Aparatın Mülki müdafiə işinin aparılmasına cavabdeh şəxs Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və rayon xəstəxanasının həkimləri Valeh Həsənov və Cannan Xəlilov tərəfindən keçirilmişdir. Təlimdə işçilərə zəlzələ və digər fövqəladə hadisələr zamanı davranış qaydaları, özünə və ətrafdakılara ilk tibbi yardım göstərilməsinə aid hərtərəfli məlumat verilmişdir.