Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət planı ilə bağlı görüş keçirilib

08 avqust 2023 | 12:45
Göygöl rayon Köşkü kənd tam orta məktəbində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin 2023-2024-cü tədris ilinin fəaliyyət planının müzakirə görüşü keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, Regional Təhsil İdarəsinin sektor müdirləri, idarə əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisə rəhbərləri, müəllim, psixoloq, metodistlər və tərbiyəçilər iştirak ediblər.
Müzakirə zamanı planlanan fəaliyyətlər, icra və nəzarət formaları müəyyən edilib. Sonda istirahət saatlarında maraqlı oyunlar təşkil edilib.
Keçidlər