Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin olunmasıdır
24 noyabr 2023 | 19:54
Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunur. Bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun Göyçəkənd və Qarabulaq kəndlərində keçirilən səyyar görüşlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı təxirəsalınmaz işlər görülür. Belə ki, "Azərişıq" Qərb RETSİ-nin Göygöl paylayıcı elektrik şəbəkəsi tərəfindən həmin kəndlərdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və qəzalı vəziyyətdə olan elektrik dayaqları yenisi ilə əvəz edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.