Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

06 oktyabr 2022 | 17:21
     06 oktyabr 2022-ci il tarixində Göygöl Gənclər Evi sosial xidmət müəssisəsində Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin və Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikahlara yox deyək”  mövzusunda maarifləndirici tədbir keçirilib.
     Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İsmayılzadə Şəhriyar tədbiri giriş sözü ilə açaraq  erkən nikahların fəsadları barədə və bununla bağlı keçirilən tədbirlər haqqında geniş və ətraflı məlumat verib.
     Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova çıxışında ölkə əhalisinin müəyyən qisminin dini kəbinə üz tutmaları və bunun erkən nikahlara yol açdığını bildirərək, Azərbaycanın dünyəvi dövlət olduğunu və bütün məsələlərin həllinin qanunvericilikdə tapdığını və bunun üçün dövlətin nikahı olmadan dini kəbinin kəsilməsinin yolverilməz olduğunu xüsusi qeyd edib.
     Göygöl Rayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Rəbiyə Ablayeva qız uşaqlarına bəzi valideynlərin ailədə ağır yük kimi baxması, təhsildən yayındırılaraq  erkən nikaha sövq edilməsi həmin uşaqların psixoloji travma almaları və bunun gələcəkdə doğuracağı pis fəsadlar barədə  çıxış edib.
     Tədbirin sonunda mövzuya aid Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına  paylanılıb.
Keçidlər