Energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Göygöl rayonda vətəndaş qəbulu keçirib
18 oktyabr 2024 | 20:15
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda Göygöl, Gəncə, Goranboy və Tovuz rayonlarından olan vətəndaşlar iştirak ediblər.