Elvin Paşayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib
28 oktyabr 2022 | 11:52
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə turizm, mədəni və iqtisadi sahələrdə əməli addımların atılacağı barədə fikir mübadiləsi aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, hazırda xüsusi diqqət yetirilən sahələrdən biri turizmdir və bu sahənin bölgədə inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə olunmalıdır. Eyni zamanda müxtəlif sahələr üzrə birgə layihələrin və festivalların keçirilməsinin vacibliyi nəzərə çatdırılıb.
Baş konsulu Zəki Öztürk “Kəpəz” dağının Göygöl rayonu ərazisində yerləşdiyi üçün Antalyanın Kəpəz rayonu ilə Göygöl rayonunun qardaşlaşması məsələsinə münasibət bildirib və bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. Sonra Baş konsul Zəki Öztürk Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevi Türkiyənin Respublika Günü münasibətilə 28 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində keçiriləcək tədbirə dəvət edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.