Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və təhsil naziri Emin Əmrullayev Göygöldə vətəndaşları qəbul edib

31 mart 2023 | 19:11
Martın 31-də Elm və təhsil naziri Emin Əmrullayev Göygöldə vətəndaş qəbulu keçirib. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl nazir Emin Əmrullayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzüblər, sonra Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbini ziyarət ediblər. Əvvəlcə məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra icmaəsaslı məktəbəqədər təhsil qrupu, peşə təmayüllü siniflərdə tədris və məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət aparılıb. Vətəndaş qəbulu zamanı müraciətlər əsasən, tələbələrin köçürülməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı olub.
Elm və təhsil naziri Emin Əmrullayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Keçidlər