Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Göygöldə layihə həyata keçirilib

26 aprel 2023 | 15:25

"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olmuş “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Göygöl rayonunda 20 nəfər Qarabağ Müharibəsi Qazilərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada müxtəlif dövlət qurumlarının əməkdaşları, Göygöl rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə QHT-nın nümayəndələri, psixoloqlar, tibb işçiləri iştirak etdilər. Layihə rəhbəri, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə xanım Babayeva Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetlərini qazilərin nəzərinə çatdırıldı. Rayon ərazisində Qazilərə verilən dəstək, görülən işlər, problemlər və həlli yolları müzakirə edildi. Qazilər tərəfindən verilən təkliflər dillənildi, həlli yolları müzakirə edildi. Psixoloq tərəfindən ilkin konsultasiya tipli məsləhətlər verildi.

Keçidlər