Şriftin ölçüsü :

Saytın rəngi :

"El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyi tərəfindən təlim keçirilib

21 may 2022 | 15:56

Azərbaycan Respublikasının Qeyri Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Göygöl rayonunda  16-20 may 2022 - ci il tarixlərində "El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin xətti ilə  "Dünyanın təhsil sahəsində innovativ, effektiv hesab edilən "Rəqəmsal Hekayə danışma texnologiyasının müəllimlərə öyrədilməsi " adlı layihə ilə bağlı təlim Göygöl rayon Gənclər Mərkəzində məktəb müəllimlərinin, mərkəzin əməkdaşlarının,  liseyin tələbələrinin iştirakı ilə keçirildi.

Layihənin təqdimatında "El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova, Bakı Amerika Mərkəzinin təlimçisi, "El Gücü"  Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin Beynəlxalq Əlaqələrlə iş şöbəsinin  müdiri, peşəkar təlimçi Ehtiram Məmmədova iştirak etdilər.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Rəqəmsal Hekayə danışma" texnologiyasının müəllimlərə öyrədilməsi adlı  təlim Göygöl rayonunda 5 gün keçirildi və 20 may 2022 ci il tarixdə uğurla yekunlaşdı.

Keçidlər