Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Göygöldə vətəndaşları qəbul edib

19 may 2023 | 17:13
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 19 may 2023-cü il tarixində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Muxtar Babayev və Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər