Şriftin ölçüsü :

Saytın rəngi :

Əkinin məhsuldarlığını artırmaq üçün meliorasiya və suvarma prioritet məsələlərdəndir

18 may 2022 | 09:39

Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsi işini günün tələbləri səviyyəsində qurmuşdur, belə ki,  tədbirlər planına uyğun olaraq kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya təlabatını təmin etmək üçün lazım olan bütün işlər görülmüş, ilin əvvəlindən bu günədək 15210 ha suvarılan sahələrdən əkilmiş kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilmişdir.

              İdarə üzrə suvarmada 296 ədəd subartezian quyusunun (5820 hektarı təmin etməklə) və 10 ədəd su nasos stansiyalarının (1294 hektarı təmin etməklə) suvarma suyundan istifadə olunub. İdarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti təmin edilib. Lildən təmizlənmə üzrə mexanizmlərlə 130 min.m3 lildən təmizlənmə işləri görülüb, 34 min m3 həcmində çay məcrasında təmizlənmə işləri görülüb.

            10 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost cari təmir edilmiş, arxlarda və kanallarda 15 min m2 kol-koslardan təmizləmə işləri aparılıb. Boru kanallarda isə 2.0 km-dək hissədə cari təmir işləri başa çatdırılıb.

            Həmçinin Xanlar və Ərəbli arxlarında da cari təmir işləri görülüb. Kürəkçay və Qoşqarçaydan mənbəyini götürən qapalı borularda korroziyaya uğramış və deşilmiş hissələri kəsilərək götürülüb, həmin yerlər yeni boru ilə əvəzlənərək qaynaq edilib.

Fermerlərin, fiziki və hüquqi şəxslərin əkin sahələrini suvarma suyu ilə təmin etmək, həmçinin kənd təsərrüfatı məhsullarının artırılmasına zəmin yaratmaq məqsədi ilə 59 ədəd subartezian quyularının elektrik nasoslarında cari təmir işləri aparılıb. İdarənin balansında olan 10 ədəd nasos stansiyalarında da təmir planına uyğun olaraq təmir işləri başa çatdırılıb. Çaylı nasos stansiyasında isə nasosun suburaxma qabiliyyətini artırmaq məqsədi ilə SNS 300/240 markalı 315KV –lıq 1500d/d 380V-lıq elektrik mühərriki ilə birlikdə təzə nasos aqreqatı quraşdırılıb. Əlavə olaraq digər nasos stansiyalarında da təmir planına uyğun olan bütün işlər görülüb. Bunların nəticəsində isə nasos stansiyalarının suvarma əhatəsində olan 1294 ha əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırıb.

            Dövlət Başçısının müvafiq sərəncamına əsasən rayonumuzda 2022-ci ildə  daha 5 yeni subartezian quyularının qazılması planlaşdırılmışdır. Bunlardan 1 ədəd Balçılı kəndi, 1 ədəd Quşqara kəndi, 1 ədəd Səmədli qəsəbəsi olmaqla 4 ədədində lülə kolon hissələri qazılaraq başa çatdırılıb. Nadil kəndində 1 ədəd, Quşqara kəndində 1 ədəd olmaqla 2 ədədində isə qazma işlərinə hazırlıq işləri aparılır. Göstərilən subartezian quyuları qazılıb istifadəyə verildikdən sonra daha 112 ha əkin sahəsinin və eləcə də əkin dövriyəsinə qoşulacaq yeni sahələrin suvarma suyuna olan tələbatı yaxşılaşdırılacaqdır.

Keçidlər